Bugün size ilk defe 1937 ci ilde yayimlanan ve yüz ilin ölümsüz sevgi romanlarından biri olan “Əli ve Nino” haqqında danışacam. Qurban Səidin şah eseri  2010-cu ildə Gürcüstan rejissoru Giorgi Toradzenin terefinden “Əli ve Nino” romanına  sənədli film çəkmək planlaması haqqında məlumat yayılmışdı.

“Əli ve Nino”  Kristofer Hemptonun ssenari müəllifliyi, Asif Kapadianın  rejissorluğu ilə çəkilən bədii filmdir. Əsas çəkilişləri Azərbaycan və Türkiyədə aparılan filmdə baş rolları Mariya Valverde  və Adam Bakri  canlandırmışdır.

Birazda size eserin mezmunu haqqında melumat vermek isteyirem.

Müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi 1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərq dəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərb mədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinə aşiq olurlar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyi vaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdə Əli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbəti arasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcə fikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyə müdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.

Hadisələr haqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir. Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdan çəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanı yoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə birlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edir və xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanın mədəni və ictimai həyatında aktiv şəkildə yer alır. Sonralar Əli xana Fransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İranda keçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirin qısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır. Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır.




   Rollarda

Adəm Bəkri – Əli xan Şirvanşir           

Mariya Valverde – Nino Kipiani

Riccardo Scamarcio – Malik Nakhararyan

Mendi Patinkin – Knyaz Kipiani

Konni Nilsen – Knyaginya Kipiani

Humayun İrşadi – Əlinin atası

Xalid Ərgənc – Fətəli xan Xoyski

Fəxrəddin Manafov – Hacı Zeynalabdin Tağıyev

Nigar Güləhmədova – Sona Tağıyeva

Pərviz Qurbanov – Musa Nağıyev

Numan Acar – Səid Mustafa

Dəniz Tacəddin – Ninonun rəfiqəsi

Xumar Səlimova – Ninonun rəfiqəsi

Cəmilə Tağızadə – Ninonun rəfiqəsi

Mehriban Zəki – Sultan xanım

Pərviz Məmmədrzayev – Qoçu

Tural Əhməd – Qoçu

Cövdət Şükürov – Rus zabit

 

Bu filme baxmağınızı şiddetle tövsiye edirem. Bugünlük bu qeder , gelen postda görüşmek üzere… 🙂

Möhteşem filmi izledinizmi ?

Yazı dolaşımı


Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir